Polşa Ukraynaya MiQ-29 qırıcıları verir – Özəl

Polşa yaxın günlərdə Ukraynaya dörd ədəd MiQ-29 qırıcı təyyarəsi tədarük edəcək.

Aktualtv.az xəbər verir ki, bu barədə açıqlamanı bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı Polşa Prezidenti Andjey Duda verib.

Polşa lideri vurğulayıb ki, hazırda ölkəsinin Silahlı Qüvvələrinin anbarlarında 10-dan çox belə qırıcı təyyarə var: “Yaxın bir neçə gün ərzində biz tam istismara yararlı dörd ədəd təyyarəni Ukraynaya göndərəcəyik”.

Duda onu da əlavə edib ki, digər qırıcı təyyarələrə hazırda texniki xidmət göstərilir, onlar da istifadə üçün hazırlanaraq təhvil veriləcək.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]