Kissincer: “Səudiyyə Ərəbistanı ilə İranın razılaşması Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə dəyişdirir”

“Səudiyyə Ərəbistanı və İranın Çinin vasitəçiliyi əldə etdikləri razılaşmalar Yaxın Şərqdəki strateji vəziyyəti ciddi şəkildə dəyişdirir”.

Bu fikri ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincer səsləndirib.

99 yaşlı Kissincer Çinin son illərdə dünya nizamının yaradılmasında iştirakına toxunaraq qeyd edib ki, rəsmi Pekin Səudiyyə Ərəbistanı və İran razılaşmalarındakı rolu ilə bu istiqamətdə mühüm addım atıb.

ABŞ-nin keçmiş dövlət katibi qeyd edib ki, Çin Yaxın Şərqdə getdikcə daha mühüm rol oynayır.

İsrail tərəfinin Tehrana qarşı həyata keçirdiyi tədbirlərdən danışan Kissincer vurğulayıb ki, artıq Yerusəlim Tehrana təzyiq edən zaman Çinin maraqlarını nəzərə almalı olacaq.

Mənbə: The Washington Post

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]