Yaponiya Koreya Xalq Demokratik Respublikasına qarşı raket buraxılışlarının artırıldığına görə əlavə sanksiyalar tətbiq edib.
Aktualtv.az xəbər verir ki, bu barədə mətbuta konfransı zamanı Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno deyib. “Ölkəmiz tərəfindən Şimali Koreyaya qarşı əlavə tədbirlər kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə inkişafı qadağan edilən KXDR-in nüvə raket proqramı ilə əlaqəli daha 3 şəxsin sanksiyalar siyahısına əlavə edilməsi qərara alınıb”, – deyə baş katib bildirib.
Onun sözlərinə görə, Şimali Koreyanın raket fəaliyyəti regionda sabitlik və təhlükəsizliyə təhdid yaradır və tamamilə qəbuledilməzdir. Nazirlər Kabinetinin baş katibi Yaponiyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün Cənubi Koreya və Birləşmiş Ştatlar ilə sıx əməkdaşlığı davam etdirəcəklərinə söz verib.
Etibar Məmmədov / aktualtv.az










