ABŞ PUA-sını düşürən rus pilotlar mükafatlandırıldı – Özəl

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qara dənizdə ABŞ-ə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının düşməsinə səbəb olan Rusiya döyüş təyyarələrinin pilotlarını mükafatlandırıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Açıqlamada Sergey Şoyqunun ABŞ PUA-sının Rusiya sərhədlərini pozmasının qarşısını alan Su-27 təyyarəsinin pilotlarını mükafatlandırdığı bildirilib. Məlumatda deyilir ki, ABŞ-ə məxsus MQ-9 tipli PUA-nın “müvəqqəti status zonası”nı pozaraq Qara dənizə düşüb.

ABŞ-ın Avropa Komandanlığı Rusiyaya məxsus iki ”Su-27” təyyarəsinin Qara dənizdə ABŞ-a aid MQ-9 pilotsuz uçuş aparatının qarşısına almağa cəhd etdiyini, təyyarələrdən birinin ”MQ-9”a çırpılması nəticəsində PUA-nın beynəlxalq sulara düşdüyünü bildirmişdi.

Rusiya Müdafiə Nazirliyi isə Rusiya təyyarələrinin silahdan istifadə etmədiyini və PUA ilə təmas qurmadığını, kəskin manevr nəticəsində amerika PUA-nın hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxdığını və su səthinə çırpıldığını açıqlamışdı.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və ABŞ müdafiə naziri Lloyd Ostin martın 15-də PUA-nın vurulması məsələsini müzakirə edtmişdi.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]