Parisdə etirazlara qadağa qoyuldu – Polislə toqquşmalar artır – Özəl

Parisidə pensiya islahatına qarşı etirazlardan sonra Milli Assambleyaya və Prezident iqamətgahına yaxın yerlərdə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Aktualtv.az xəbər verir ki, insanlar bu yerlərdə toplaşmağa cəhd etsələr, cərimələnə bilərlər. Qeyd edək ki,martin 16-ı və 17-də Parisin Konkord meydanında hökumətin pensiya islahatına qarşı etiraz aksiyaları keçirilib. Nümayişlər etirazçılarla asayiş qüvvələri arasında toqquşmaya çevrilib. Polis Parisdə 200-dən çox etirazçını saxlayıb.

Xatırladaq ki, islahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Müəyyən edilmiş pensiya yaşı həddinin hər il üç ay müddətində mərhələli şəkildə 62-dən 64-ə dəyişdiriləcəyi və bu prosesin 2030-cu ilə qədər davam edəcəyi deyilir. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]