Prezidentliyə namizədlər üçün müraciət prosesi başladı – Özəl

Türkiyədə prezidentliyə namizədlər üçün Ali Seçki Qurumuna müraciət prosesi başlayıb.

Aktualtv.az xəbər verir ki, mayın 14-də keçiriləcək prezident seçkiləri və parlament seçkiləri təqviminə əsasən, seçicilər tərəfindən prezidentliyə namizəd göstərilmək istəyənlər üçün müraciət müddəti sabah saat 17.00-da başa çatır.

Müraciəti rədd edilənlər yenidən baxılması üçün martın 21-i saat 15.00-a qədər yenidən müraciət edə bilərlər. Müraciətlərə baxılaraq həmin gün saat 17.00-a qədər cavab veriləcək. Bundan sonrakı mərhələdə seçicilər tərəfindən namizəd göstərilənlər ən azı 100 min imzanı 22 mart-27 mart tarixlərində toplamalıdırlar. Siyasi partiyaların prezidentliyə namizəd üçün müraciətlərinin qəbul edilməsi müddəti isə martın 23-də başa çatacaq.

Prezidentliyə namizədliyi təsdiqlənənlərin yekun siyahısı martın 31-də “Resmi Gazete”-də yayımlanacaq və təbliğat kampaniyası mərhələsi başlayacaq.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]