Putin ilk dəfə Donbasda – Rusiya prezidenti işğal zonasına səfər etdi – Özəl

Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Mariupola səfər edib. Bu, onun Donbasa ilk səfəridir.

Aktualtv.az xəbər verir ki, “Rossiya-24” telekanalı ölkə başçısının rus qoşunları tərəfindən işğal olunmuş ərazilərə səfərindən video yayımlayıb. Kadrlarda o, baş nazirin müavini Xusnullinlə maşında gəzir. Dövlət rəsmisi Putinə şəhərdə aparılan tikinti və bərpa işlərinin gedişi barədə məlumat verib.

Bildirilib ki, Putin helikopterlə şəhərə uçub və avtomobillə bir neçə rayonu gəzib, bir sıra obyektlərə baxış keçirib, yerli sakinlərlə söhbət edib. Kremlin mətbuat xidməti xəbər verir ki, o, ailələrdən birinin dəvəti ilə onların evinə gedib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]