“Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərkib hissəsi kimi beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı bütün sanksiyalar və iddialar ləğv olmalıdır”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şənbə günü bildirib. O, ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynanın mövqeyini birmənalı şəkildə ortaya qoyan sözlərinə diqqət çəkib:
“Birləşmiş Ştatlar Kiyevi silah və hərbi texnika ilə təmin etməyi davam etdirməkdə qərarlıdır. ABŞ böhranı həll etmək üçün Rusiya ilə heç bir diplomatik əlaqəyə girməyə cəhd etmir”.
Qeyd edilib ki, dayanıqlı sülhə nail olmaq üçün Ukraynaya silah və muzdluların gətirilməsinin qarşısının alınmasına, hərbi əməliyyatların dayandırılmasına, həmçinin Ukraynanın neytral bloksuz statusuna qayıtmasına nail olmaq lazımdır.
Etibar Məmmədov / aktualtv.az










