Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə 6 min 807-si xarici vətəndaş olmaqla 49 min 589 nəfərin həyatını itirdiyini açıqlanıb.
Aktualtv.az xəbər verir ki, bu barədə vitse-prezident Fuat Oktay Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin Baş Qərargahında açıqlamalar verib. Bildirib ki,zəlzələ fəlakətləri nəticəsində 6 min 807-i xarici vətəndaş olmaqla ümumilikdə 49 min 589 vətəndaş dünyasını dəyişib. 8 nəfər seldə həyatını itirib, 3 nəfərin axtarışları isə davam edir.
Vitse-prezident bildirib ki, AFAD tərəfindən zəlzələdən zərər çəkmiş vilayətlərə cəmi 31 milyard, ictimai qurum və təşkilatlar tərəfindən isə 22 milyard lirə göndərilib:
“Türkiyə tək ürək kampaniyasına verilən məbləğin 82 milyard 454 milyon 611 min lirəsi donorlarımız tərəfindən AFAD hesablarına yatırılıb. Hazırda prioritet sığınacaq, qidalanma və şəhərləri canlandırmaq istiqamətində fəaliyyəti gücləndirməkdir”-deyə, vitse-prezident deyib.
Büllur Məmmədova / aktualtv.az










