Bu gün Avropa Birliyi bəyanat yayıb və ciddi insan haqları pozuntularına görə bir quruma, 8 şəxsə və İran təşkilatına sanksiya tətbiq edib.
Aktualtv.az xəbər verir ki, sözügedən sanksiya İranın Teleradio Yayım Təşkilatının rəhbərinin mədəniyyət məsələləri üzrə müavini Vəhid Cəlili də daxil olmaqla 8 nəfərə tətbiq olunacaq. Avropa İttifaqının qərarına əsasən, sanksiyaya məruz qalan şəxslərin aktivləri dondurulur, onların Avropa Birliyi ölkələrinə səfərləri və onlarla iqtisadi əməliyyatlar aparılması qadağan edilir.
Bununla da, AB-nin sanksiya siyahısındakı İranlı şəxslərin sayı 204-ə, qurumların sayı isə 34-ə yüksəlib.
Büllur Məmmədova / aktualtv.az