Qazaxıstandakı seçkilərin nəticəsi açıqlanıb – Özəl

Qazaxıstanın ən böyük siyasi partiyası “Amanat” Məclis (parlamentin aşağı palatası) üçün keçirilən növbədənkənar seçkilərdə səslərin əksəriyyətini qazanıb.

Aktualtv.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib. Qazaxıstan MSK-nın məlumatına görə, beş partiya Məclisə daxil olmaq üçün beş faizlik baryeri keçə bilib. Səslərin 53,9 faizini “Amanat” toplayıb. İkinci yeri 10,9 faizlə “Aul”, üçüncü yeri isə 8,41 faiz səslə “Ak Jol” partiyaları əldə ediblər.

Parlamentin aşağı palatasına həmçinin seçkilərdə 6,8 faiz səs yığan Qazaxıstan Xalq Partiyası, 6,59 faiz səs toplayan “Respublika” Partiyası və 5,2 faiz səs toplayan müxalif Ümummilli Sosial Demokrat Partiyası da daxil olub. Seçicilərin 3,9%-i bütün partiya və namizədlərin əleyhinə səs verib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]