Quranı yandıran şəxsin bu ölkəyə girişi qadağan edildi – Özəl

Böyük Britaniya İngiltərənin şimalında yerləşən Ueykfilddə Quranı yandırmaqla hədələyən İsveçin ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın ölkəyə girişinə qadağa qoyub.

Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər nazirinin müavini Tom Tugendhat İcmalar Palatasında (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib:

“Paludan hüquq-mühafizə orqanlarının müşahidə siyahısına əlavə edilib. Onun ölkəyə daxil olmasına icazə verilməyəcək”.

Xatırladırıq ki, yanvarın 21-də Paludanın Türkiyənin Stokholmdakı diplomatik nümayəndəliyi qarşısında Quranı açıq şəkildə yandırması Türkiyə ilə İsveç arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]