ABŞ bazalarının üstündən Rusiya təyyarələri uçur – Özəl

Yüksək rütbəli amerikalı general Rusiya təyyarələrinin az qala hər gün Suriyadakı ABŞ hərbi bazalarının üzərində uçmasından şikayətlənib.

Aktualtv.az xəbər verir ki, “NBC News” telekanalının açıqlamasına görə, “potensial təhrikedici toqquşmalardan” qaçmaq üçün ABŞ ilə RF bundan əvvəl Suriyanın hava məkanında davranış qaydaları barəsində razılıq əldə edibmişlər.

ABŞ SQ-nin Mərkəzi Komandanlığının Birləşmiş Qüvvələrinin Aviasiyasının komandanı general-leytenant Aleksus Qrinkeviç telekanala müsahibəsində bunları deyib: “Rusiya təyyarələri Suriyadakı Amerika bazalarının birinin üzərindəki hava məkanını mart ayında təqribən 25 dəfə pozublar. Fevralda belə bir hadisə qeydə alınmayıb, yanvar ayında isə eyni hal 14 dəfə təkrarlanıb. Onlar müntəzəm şəkildə düz bizim bölmələrimizin üzərindən uçurlar. Bu vəziyyət narahatlıq doğurur”.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]