ABŞ gəmisi Çin sularında – Gərginlik pik həddə çatıb – Özəl

Çin ordusu Cənubi Çin dənizindəki ərazi sularına icazəsiz daxil olan ABŞ Hərbi Dəniz Qüvvələrinə aid döyüş gəmisinin ərazidən çıxardığını bildirib.

Aktualtv.az xəbər verir ki, Çin ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinə aid idarə olunan raket döyüş gəmisi USS Milius-un Cənubi Çin dənizindəki Parasel adaları ətrafındakı sulara icazəsiz daxil olduğunu açıqlayıb. Açıqlamada hərbi gəminin izlənildiyi və bölgədən uzaqlaşdırıldığı, ABŞ gəmisinin Çinin ərazi sularına girərək sıx bölgədə sülh və sabitliyi pozduğu bildirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri Çinin iddialarını təkzib edib. Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada hərbi gəminin Cənubi Çin dənizində adi əməliyyatlar apardığı və ərazidən uzaqlaşdırılmadığı bildirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının bəyanatında deyilir: “Birləşmiş Ştatlar beynəlxalq hüquqa uyğun olaraq harada olursa olsun, uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]