Cənubi Koreya və ABŞ-nin Şimali Koreya sərhədinə yaxın bölgədə keçirdiyi hərbi təlimdə əsl döyüş sursatlarından istifadə edilib.
Aktualtv.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, Cənubi və Şimali Koreya sərhədində Hərbisizləşdirilmiş Bölgədən (DMZ) 30 kilometr cənubda yerləşən Poçeon şəhərində real döyüş sursatı ilə keçirilən hərbi təlimdə 100 haubitsa, çoxlu sayda zirehli texnika və 800 əsgər iştirak edib.
Cənubi Koreyanın hərbi rəsmiləri bildiriblər ki, təlim Şimali Koreyadan gələn davam edən təhdidlərə cavab olaraq müttəfiqlərin böyük atəş gücünü nümayiş etdirmək üçündür”.
Xatırladırıq ki, Cənubi Koreya ilə ABŞ arasında martın 14-də başlayan “Azadlıq Qalxanı” təlimindən sonra raket sınaqlarını artıran Şimali Koreya, martın 20-də nüvə əks-hücum təlimi keçirdiyini açıqlayıb.
Büllur Məmmədova / aktualtv.az










