Almaniyanın Münhen və Hamburq hava limanlarında işləyən personalın tətillər keçirməsi səbəbindən uçuşlarda gecikmələr və fasilələr yaranıb.
Aktualtv.az xəbər verir ki, Münhen Hava Limanından verilən açıqlamada, təhlükəsizlik personalının tətilinin bu gün səhər yerli vaxtla 08:00-da başladığı və günorta saat 14:00-da bitməsinin gözlənildiyi bildirilib. Hamburq hava limanında isə dünən axşamdan başlayan tətilin 24 saat davam edəcəyi gözlənilir.
Bütün bunlara baxmayaraq, bu gün hava limanında planlaşdırılan 252 reysin indiyə qədər heç birinin ləğv edilmədiyi və sərnişinlərin mümkün gecikmələrə qarşı əvvəlcədən hazırlıqlı olmaları bildirilib.
Qeyd edək ki, həmkarlar ittifaqının çağırışı ilə tətilə çıxan işçilər maaşlarının 10,5 faiz artırılmasını tələb edirlər.
Etibar Məmmədov / aktualtv.az










