Kiyevin qərb tərəfdaşları Ukraynaya F-16 qırıcılarının tədarükünə başlaya bilərlər. Bu cür yardımdan qəti imtina yoxdur.
Aktualtv.az xəbər verir ki, bunu “The Guardian“ qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Qərb ölkələri artıq Ukrayna tərəfinə əraziləri işğaldan azad etmək üçün kifayət qədər texnika, o cümlədən tanklar, döyüş maşınları və raketlər verib. O əlavə edib ki, indi Ukraynanın əsas məqsədi hücuma keçmək və işğal olunmuş əraziləri azad etməkdir.
Stoltenberq ABŞ Prezidenti Co Baydenin belə tədarükdən imtina etməsinə baxmayaraq, Amerika F-16 qırıcılarının Ukraynaya təhvil veriləcəyini istisna etməyib və əlavə edib ki, F-16 ilə bağlı hələlik heç bir qərar verilməyib. “Biz səlahiyyətlərin gücləndirilməsi istiqamətində səylərimizə davam etməliyik”, – deyə o bildirib.
Büllur Məmmədova / aktualtv.az










