ABŞ-nin rəhbərliyindəki bazaya hücum – Ölən və yaralananlar var – Özəl

Amerika Birləşmiş Ştatları rəhbərliyindəki İŞİD-lə mübarizə aparan koalisiya qüvvələrinin Suriyanın Həsəkə vilayətindəki bazasına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücumda 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Aktualtv.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən bəyanatda dünən yerli vaxtla saat 13:30 radələrində PUA-nın İŞİD-lə mübarizə aparan koalisiyaya aid texniki xidmət obyektini vurduğu bildirilib. Bəyanatda hücum nəticəsində ABŞ ilə işləyən 1 müqaviləli hərbçinin həlak olduğu, 1-i müqaviləli olmaqla 6 ABŞ hərbçisinin isə yaralandığı bildirilib.

ABŞ kəşfiyyatı sözügedən pilotsuz uçuş aparatının İrana aid olduğunu düşündüyü açıqlayıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]