ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.
Aktualtv.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, martın 23-də ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş ABŞ hərbi qulluqçusu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.
ABŞ müdafiə naziri Lloyd Ostin SEPAH-la əlaqəli qrupların istifadə etdiyi obyektlərə dəqiq hava zərbələri endirmək icazəsini Prezident Baydenin əmri ilə verdiyini vurğulayıb. Aviazərbələrin martın 23-də olan hücuma, eləcə də “Sepah” ilə əlaqəli qrupların Suriyadakı koalisiya qüvvələrinə son hücumlarına cavab olaraq həyata keçirildiyini qeyd edib.
Büllur Məmmədova / aktualtv.az










