ABŞ və Kanada arasında razılıq – Sığınacaq axtaranlar qəbul edilməyəcək – Özəl

ABŞ və Kanadanın qeyri-qanuni sərhəd keçidlərində sığınacaq axtaranları rədd etmək barədə razılığa gəldiyi açıqlanıb.

Aktualtv.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Kanadanın Baş naziri Castin Trüdo bu razılaşmanı Baydenin Ottavaya səfəri zamanı elan edəcəklər. Razılaşmanın ABŞ və Kanada gömrük işçilərinin hər iki ölkədən sığınacaq axtaranları geri qaytarmağa imkan verəcəyi gözlənilir.

Yeni tənzimləmə Kanadanın qeyri-rəsmi keçid məntəqələrində sərhəddi keçənləri geri qaytarmasına mane olan Təhlükəsiz Üçüncü Ölkə Müqaviləsindəki boşluğu dolduracaq. Belə ki, müqavilədəki həmin boşluq mühacirlərin Roxham Road kimi yerlərdən Kanadaya girməsinə səbəb olmuşdu. Hesabatlara görə, yeni ABŞ-Kanada sərhəd razılaşması ilə bağlı danışıqlar aylardır dayandırılıb.

Ölkənin ABŞ-Meksika sərhədində öz immiqrasiya böhranı ilə mübarizə apardığı üçün ABŞ rəsmilərinin müqaviləni dəyişdirmək istəmədiyi bildirilir.

“CBS News”un xəbərinə görə, müqavilənin bir hissəsi olaraq Kanada Cənubi və Mərkəzi Amerikada təqib və zorakılıqdan qaçan 15 min mühacir üçün yeni qaçqın proqramı yaradacaq.

Qeyd edək ki, Bayden bir sıra iqtisadiyyat, ticarət və immiqrasiya məsələlərini Trüdo ilə müzakirə etmək üçün 24 saatlığına Kanadanın Ottava şəhərindədir. Mühacir müqaviləsinin Bayden ABŞ-ə qayıtmazdan əvvəl bu gün elan edilməsi planlaşdırılır.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]