Fransada etiraz aksiyalarında saxlanılanların sayı 450 nəfəri keçib.
Aktualtv.az xəbər verir ki, Fransanın daxili işlər naziri Gerald Darmanin CNEWS telekanalına müsahibəsində bildirib ki, Fransada pensiya islahatına qarşı nümayişlərdə saxlanılanların sayı 457 nəfərə çatıb. “Fransada ümumi 457 məhbus var. Yaralı polislərin sayı 441 nəfərdir”. Nazir həmçinin etiraz aksiyalarında göstərdikləri əməyə görə hüquq-mühafizə orqanlarına və yanğınsöndürənlərə təşəkkürünü bildirib.
Xatırladaq ki, Fransa şəhərlərində pensiya islahatlarına qarşı ümumi etirazların doqquzuncu günü keçirilib. Paytaxtda insidentsiz başlayan nümayiş qısa müddətdə etirazçılarla polis arasında toqquşmaya çevrilib. Polisə şüşə, daş və fişəng atan etirazçıları dağıtmaq üçün hüquq-mühafizə orqanları dəfələrlə gözyaşardıcı qazdan istifadə etməli olub.
Etibar Məmmədov / aktualtv.az










