Ukraynaya 1 milyon artilleriya mərmisi göndəriləcək – Özəl

Avropa İttifaqı liderləri növbəti 12 ay ərzində Rusiyanın işğalçı qüvvələrinə qarşı mübarizə aparması üçün Ukraynaya bir milyon artilleriya sursatının göndərilməsi planını təsdiqləyiblər.

Aktualtv.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sammitin ilk gününün yekununda keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, buna görə də blok silah istehsal gücünü böyük həcmdə artırmalıdır. Həmçinin qeyd edib ki, təsdiqlənən plana əsasən, Avropa Müdafiə Agentliyi tədarüklə yanaşı ehtiyatların bərpası üçün üzv dövlətlərdən gələn sorğuları bir araya gətirəcək və qitədəki silah təchizatçıları ilə birbaşa danışıqlar proseduruna rəhbərlik edəcək.

Lyayen Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılmasına dair konfransın təşkilinə kömək edəcəyini də açıqlayıb:

“Mənim üçün xüsusilə vacib olan bir məsələ – oğurlanmış ukraynalı uşaqlar məsələsi var. Bu, tariximizin ən qaranlıq dövrlərinə və orada baş verənlərə dair dəhşətli xatırlatmadır. Uşaqları deportasiya etmək- bu, müharibə cinayətidir. Hələ ki, deportasiya edilmiş 16 min 200 uşaqdan xəbərdarıq. İndiyədək onlardan yalnız 300-ü geri qayıdıb və bu cinayət əməlləri Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarlarını tamamilə əsaslandırır.

Polşanın Baş naziri Moravetski və mən Rusiya tərəfindən qaçırılan bu uşaqları geri qaytarmaq üçün təşəbbüs irəli sürdük. Bunun üçün konfrans təşkil edəcəyik. Çox gərgin işin başlanğıcındayıq. Bu uşaqların harada olduğunu müəyyən etmək üçün bütün mümkün tədbirləri görmək məqsədilə beynəlxalq təzyiqləri bir araya gətirməyi hədəfləyirik. Rusiyaya deportasiya edilmiş uşaqlar haqqında daha dolğun məlumatların əldə edilməsində BMT orqanlarına və müvafiq beynəlxalq təşkilatlara kömək edəcəyik”.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]