“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” – RƏY

“Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya Sammiti”ndə iştirak edəcək ölkələrin seçimi qərəzli və ədalətsizdir”.

Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan və Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib.

Onun fikrincə, bu tədbirə qatılacaq ölkələrin seçilməsi üçün konkret meyarlar tam aydın deyil.

“Ola bilsin, hansı ölkələrin dəvət olunması müəyyən edilərkən ölkənin demokratik göstəriciləri, insan haqları təcrübəsi və regional sabitlik kimi amillər nəzərə alınıb. Lakin bu halda Türkiyə və Azərbaycanın sammitə dəvət olunmaması açıq şəkildə qərəzdir. Bundan başqa, qərarların qəbulu prosesində diasporların lobbiçilik səylərinin də rol oynaması mümkündür”, – pakistanlı ekspert bildirib.

K.Nəvab qeyd edib ki, beynəlxalq ictimaiyyətin regionun bütün ölkələri ilə qarşılıqlı əlaqədə olması vacibdir: “Bu, regional sabitliyin və demokratik dəyərlərin möhkəmlənməsinə töhfə vermək üçün lazımdır”.

“Bəzi ölkələrin “Demokratiya Sammiti”ndə iştirak etməməsi dialoq və əməkdaşlıq üçün əldən verilmiş fürsət kimi qiymətləndirilə bilər”, – K.Nəvab söyləyib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]