Rusiyanın İranla “əməkdaşlığı” – Yeni İran PUA-ları – Özəl

Britaniya Müdafiə Nazirliyinin gündəlik hərbi kəşfiyyat hesabatına görə, martın əvvəlindən bəri Rusiya, ehtimal ki, Ukraynadakı hədəflərə İran istehsalı ən azı 71 “Şahed” dronu atıb.

Aktualtv.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb. Yeni hücumlar fevralın sonundakı dron hücumlarında iki həftə sonra baş verib. Böyük ehtimalla, Rusiya bu fasilə ərzində dron ehtiyatını müntəzəm olaraq doldurub.

Bildirilir ki, Rusiya İran PUA-larını iki istiqamətdən – Krasnodar diyarından və Bryansk vilayətindən havaya qaldırır. Bu, ona Ukrayna ərazisinin geniş sektorunu hədəf almağa imkan verir və ölkənin şimalındakı hədəflərə uçuş vaxtını azaldır. Bu, həm də Ukraynanın hava hücumundan müdafiə vasitələrini yayındırmaq cəhdi sayıla bilər.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]