Rusiya nüvə silahından istifadəyə hazırlaşır? – Pentaqondan AÇIQLAMA – Özəl

Birləşmiş Ştatlar administrasiyasında Rusiyanın nüvə silahından istifadə etmək niyyətini göstərən hər hansı kəşfiyyat məlumatı yoxdur və Vaşinqton nüvə qüvvələrinin yerləşdirilməsinə düzəliş etmək və hazırlıq səviyyəsini artırmaq üçün heç bir səbəb görmür.

Aktualtv.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti Moskvanın Minskin tələbi ilə öz taktiki nüvə silahlarını Belarusda yerləşdirmək qərarını şərh edərkən bildirib. “Biz Rusiyanın bu açıqlaması ilə bağlı xəbərləri görmüşük və vəziyyəti izləməyə davam edəcəyik. Biz öz nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün heç bir səbəb görmürük və Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət yoxdur. NATO daxilində kollektiv müdafiəyə sadiq qalırıq”- deyə məlumatda qeyd olunub.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]