Müdafiə naziri Slavyanka Petrovska bildirib ki, Şimali Makedoniya Ukraynaya istismardan çıxmış 12 Mi-24 hücum helikopterini təhvil verəcək.
Aktualtv.az xəbər verir ki, bu barədə Kosovo Online portalı məlumat yayıb. Nazir bildirib ki, helikopterlərin təhvil verilməsi haqqında qərar Ukraynanın müraciətindən və Makedoniya ordusunun “bu hərbi texnikanı itirməklə Şimali Makedoniyanın müdafiə qabiliyyətinə təsir etməyəcəyi” ilə bağlı təhlilindən sonra qəbul edilib.
“Modernləşdirmə planlarımıza görə, bu avadanlıq demək olar ki, istismar müddətini başa vurub və silahlarımızın bir hissəsi olmayacaq” deyə, – nazir qeyd edib.
Naziri qeyd edib ki, Mi-24-ün müqabilində Şimali Makedoniya hərbi məqsədlər üçün deyil, nəqliyyat üçün ən azı səkkiz Qərb istehsalı helikopter almağı planlaşdırır.
Büllur Məmmədova / aktualtv.az










