Trampdan Ukrayna ilə bağlı vacib AÇIQLAMA – Özəl

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Teksas ştatında tərəfdarları ilə keçirdiyi mitinqdə, Ukraynaya silah tədarük etməyə başlayan şəxsin məhz o olduğunu vurğulayıb.

“Mən onlara yüzlərlə “Cirit” (tank əleyhinə raket sistemləri) verdim”-deyə, o bildirib. Tramp əlavə edib ki, sələfi Barak Obama Kiyevə yalnız ölümcül olmayan avadanlıqlar-“yastıqlar” göndərib. O həmçinin, 2024-cü ildə yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində həll edəcəyinə söz verdiyini də təkrarlayıb: “Prezident olanda 24 saat ərzində buna nail olacağam”.

Qeyd edək ki, Tramp daha əvvəl yenidən seçiləcəyi təqdirdə Ukraynadakı problemi qısa müddətdə həll edəcəyini bildirsə də, buna necə nail olacağını heç vaxt açıqlamayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]