“24 saat ərzində razılaşma əldə edəcəm…” – Trampdan müharibə AÇIQLAMASI – Özəl

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyini bildirib.

Aktualtv.az xəbər verir ki, yeni prezidentlik yarışında iştirak etməyi planlaşdıran Tramp bunu Texasda keçirdiyi ilk kampaniya mitinqində deyib. Trampın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Co Bayden ABŞ prezidenti vəzifəsinə gələndən az sonra Ukrayna sərhədlərinə qoşun yığmağa başlayıb. Tramp həmçinin Ağ Evin indiki administrasiyasını prezident Putinlə danışıqlara belə cəhd etməməkdə ittiham edib. Eyni zamanda Tramp əmindir ki, hazırkı hakimiyyət onu “Ukraynada müharibəni bitirəcəyinə söz verdikdən” sonra fəal şəkildə təqib etməyə başlayıb.

Siyasətçi prezidentliyə qayıdan kimi müharibəni dayandıra biləcəyinə əminliyini ifadə edib. “Çox tez bir həllə nail olacağam… 24 saat ərzində razılaşma əldə edəcəm. Bu gün qarşınızda dayanaraq belə bir söz verə biləcək yeganə namizəd mənəm”-deyə, Tramp vurğulayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]