“ABŞ Macarıstanın müstəqil siyasətindən narahatdır” – Özəl

“Hazırkı ABŞ administrasiyası Macarıstanı siyasi opponent kimi görür, çünki o, kənardan gələn göstərişlərə əməl etmək istəmir və müstəqil siyasət aparır”.

Aktualtv.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Niderlandın ictimai televiziyasına müsahibəsində bildirib. Siyarto həmçinin ABŞ-nin Budapeştdəki səfiri Devid Pressmanın Macarıstan cəmiyyətinin daxili problemlərini tez-tez açıq şəkildə qiymətləndirməyə başlamasından təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, xaricdəki macar diplomatlarından hər hansı biri buna bənzər şeyə yol versəydi, onlar dərhal vətənlərinə geri çağırılardı.

Bundan başqa, nazir təsdiqləyib ki, Macarıstan Ukrayna ordusunu silahla təchiz edən ABŞ, həmçinin Aİ ölkələrinin əksəriyyətinin hərəkətlərini yanlış sayır.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]