Biləsuvarda su üstündə ata və oğlu döyülüb

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən dava olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Çərçili adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayonun Günəşli kənd sakinləri 1960-ci il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanıdıqları şəxslər tərəfindən döyülüblər. Onlar rayon xəstəxanasına aparılıblar.

İlkin məlumata görə, mübahisə su üstündə düşüb.
Faktla bağlı DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z.Mirzəyev və V.Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]