İsrail Prezidenti Netanyahunu bu prosesi dayandırmağa çağırıb – Özəl

İsrail Prezidenti İsxak Hersoq Baş nazir Binyamin Netanyahudan ölkədə son illərdə ən böyük etirazlara səbəb olan məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.

Aktualtv.az xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb. “Mən Baş nazirə, hökumət üzvlərinə və koalisiya üzvlərinə müraciət edirəm. İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram” – deyə, Prezident vurğulayıb.

Qeyd edək ki, bu gün Netanyahunun islahatın taleyi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]