Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçib – Özəl

Rusiya hərbi bazasının xüsusi təyinatlı hərbçiləri Ermənistanın dağlıq ərazilərində təlim həyata keçirib.

Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hərbçilər kəşfiyyat-axtarış fəaliyyəti, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili, kamuflyaj növləri, həmçinin xəritədə naviqasiya üzrə və s. təlimlər keçiriblər.

Xüsusi təyinatlılar həm də müxtəlif məsafələrdən və mövqelərdən müxtəlif təyinatlı hədəflərə müntəzəm silahlardan yüksək sürətlə atəş zərbələri endirib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]