Şimali Koreya səhər saatlarında şərq sularına iki qısa mənzilli ballistik raket atıb.
Aktualtv.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildirilib ki, raketlər paytaxt Pxenyanın cənubundakı qərb daxili bölgəsindən atılıb və dənizə düşmədən əvvəl təxminən 370 kilometr yol qət edib. Yaponiya rəsmiləri isə onların “qeyri-müntəzəm” trayektoriya ilə uçduğunu deyiblər. Ölkənin müstəsna iqtisadi zonasından kənara düşən raketlər 50 kilometr yüksəkliyə çatıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno, Şimali Koreyanın raket buraxılışlarının ölkəsi və beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyi üçün ciddi təhdid olduğu barədə xəbərdarlıq edib.
Etibar Məmmədov / aktualtv.az










