Ukrayna Rusiyadan gələn nüvə təhlükəsinə qarşı BMT-dən kömək istəyir – Özəl

Ukrayna Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına cavab olaraq təcili BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. “Biz BMT Təhlükəsizlik Şurasının təcili olaraq fövqəladə iclasının çağırılmasını tələb edirik. Ukrayna Rusiyadan gələn nüvə təhlükəsinə qarşı Böyük Britaniya, Çin, Fransa və ABŞ-dan effektiv və operativ addımlar gözləyir” – məlumatda deyilir.

Qeyd edək ki, ötən gün V. Putin 2023-cü il iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisinin başa çatacağını açıqlayıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]