ABŞ Prezidenti Cozef Bayden Tennessi ştatında məktəbdə atışma zamanı 3-ü şagird olmaqla 6 insanın ölümü ilə əlaqədar martın 31-də Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqların yarıya endirilməsi barədə göstəriş verib.
Aktualtv.az xəbər verir ki, Müvafiq olaraq, ABŞ-nin bütün xarici ölkələrdəki səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələri də daxil olmaqla, bayraqlar eyni tarixə qədər yarıya qədər endiriləcək.
Qeyd edək ki, ötən gün ABŞ-nin Tennessi ştatının Nashville şəhərində özəl məktəbƏ silahlı hücum nəticəsində 3-ü şagird olmaqla 6 nəfər həlak olub. Yerli polis silahlı hücumçunun hadisə yerində öldürüldüyünü bildirib. Polis hücum edənin özünün də bu məktəbi bitirmiş 28 yaşlı qadın olduğu barədə məlumat yayıb.
Etibar Məmmədov / aktualtv.az










