Avropa İttifaqı üzv dövlətlərə Rusiya maye qazının idxalını əngəlləmək imkanı verən mexanizm yaradacaq.
Məqsəd Rusiya ixracatçılarına maye qaz satışı üçün lazım olan infrastruktur obyektlərini əvvəlcədən sifariş etmələrini müvəqqəti qadağan etməkdir. Bu Aİ ölkələri hökumətlərinə müəyyən səlahiyyət verəcək.
Artıq təklifin təsdiq edilməsinə üzv ölkələrin energetika nazirləri razı olduqlarını da bildiriblər.
Murad Həsənov / aktualtv.az