BMT Rusiyanın nüvə planından narahatdır – Təhlükəsizlik Şurasının iclası – Özəl

Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək planları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Aktualtv.az xəbər verir ki, u barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib. İclas martın 28-i və ya 29-da baş tutacaq. Növbədənkənar iclasın çağırılması tələbi Ukrayna tərəfindən irəli sürülüb. Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinin qarşısının alınmasının zəruriliyini bəyan edib. Ağ Ev bəyan edib ki, ABŞ hələ ki Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əlamətlərini görmür. Fransa isə Rusiya Federasiyasını öz qərarına yenidən baxmağa çağırıb.

Prezident Vladimir Putin bir neçə gün əvvəl bildirib ki, Rusiya Belarusda taktiki nüvə silahları yerləşdirəcək. O qeyd edib ki, Rusiya iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdıracaq. Putinin sözlərinə görə, Rusiya Federasiyası artıq nüvə silahının daşıyıcısı ola biləcək “İsgəndər” kompleksini Belarusa verib.

Vladimir Putin, həmçinin deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə nüvə silahının yerləşdirilməsini istəyib. Onun sözlərinə görə, Rusiyada müdafiə sənayesi çox sürətlə inkişaf edir və ölkə Ukraynaya tədarük ediləndən üç dəfə çox sursat istehsal edəcək. Qeyd edək ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bir daha bəyan edib ki, Rusiya Qərbin başlatdığı hərtərəfli hibrid müharibə şəraitində öz təhlükəsizliyini təmin etmək üçün lazımi əlavə addımlar atmaq hüququnu özündə saxlayır.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]