Çin Səudiyyə Ərəbistanı və İrana dəstəyini ifadə edib – Özəl

Çin Səudiyyə Ərəbistanı və İran arasında dialoqu dəstəkləyəcək.

Aktualtv.az xəbər verir ki, “China Central Television” kanalının verdiyi məlumata görə, bunu Çin Sədri Si Cinpin bildirib. Cinpin qeyd edib ki, Ər-Riyad və Tehran hökumətləri arasında münasibətlərin normallaşması regionda birlik və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

Xatırladaq ki, martın 10-da Səudiyyə Ərəbistanı və İran iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. Hər iki ölkə nümayəndələrinin Pekində bir neçə gün danışıqlar aparması nəticəsində üçtərəfli bəyanat hazırlanıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]