Cənubi Koreya və ABŞ-nin hərbi dəniz donanmaları, həmçinin Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri birgə təlimlər keçirməyi planlaşdırır.
Aktualtv.az xəbər verir ki, dəniz təlimləri ABŞ-nin “Nimitz” adlı nüvə aviadaşıyıcısının iştirakı ilə keçiriləcək. Qeyd edilib ki, aviadaşıyıcı çərşənbə axşamı Cənubi Koreyanın ikinci ən böyük şəhəri olan Pusana çatıb. Agentliyin məlumatına görə, gəmi böyük ehtimalla bu həftənin sonunda limanı tərk edəcək, təlimlər isə gələn həftənin əvvəlində baş tutacaq.
Səbinə Kərimova / aktualtv.az