Qazaxıstan və Özbəkistan arasında sərhəd məsələsi həll olunur – Özəl

Qazaxıstan hökuməti Özbəkistanla dövlət sərhədinin demarkasiyasına dair sazişi ratifikasiya edib.

Aktualtv.az xəbər verir ki, Qazaxıstan Prezident Administrasiyasından bildirilib ki, müvafiq qanunu ölkə Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Qeyd edək ki, Qazaxıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası haqqında saziş ötən ilin dekabrında Daşkənddə imzalanıb. Sazişə əsasən, dövlət sərhədinin başlanğıc nöqtəsi Qazaxıstan, Özbəkistan və Qırğızıstan dövlət sərhədlərinin qovşağı, sərhəd xəttinin son nöqtəsi isə Qazaxıstan, Özbəkistan və Türkmənistan sərhədlərinin qovşağıdır.

Müqavilə dövlət sərhədinin demarkasiya edilmiş xəttinin yerdə sərhəd nişanları ilə işarələnməsini nəzərdə tutur.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]