Şimali Koreya nüvə başlıqlarının istehsalını artıracaq.
Aktualtv.az xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen In göstəriş verib. Qeyd olunub ki, Kim Çen In yeni nüvə silahının orduya təhvili verilməsi prosesinə rəhbərlik edib, ölkənin Nüvə Silahları İnstitutunun nüvə qüvvələrinin keyfiyyət və kəmiyyət cəhətdən gücləndirilməsi ilə bağlı son illərdəki irəliləyişlər barədə hesabatını dinləyib.
Şimali Koreya lideri nüvə silahlarının ehtiyatlarını eksponent olaraq çoxaltmaq üçün istehsalını artırmağı əmr edib və eyni zamanda vurğulayıb ki, ölkəsinin nüvə silahları başqa dövlətlərə qarşı yönəlməyib.
Murad Həsənov / aktualtv.az