Şimali Koreya nüvə partlayışı həyata keçirib – Özəl

Şimali Koreya “yer-yer” taktiki ballistik raketlərdən istifadə edərək imitasiya olunmuş nüvə partlayışı həyata keçirib.

Aktualtv.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı məlumata görə, nüvə partlayışının imitasiyasının 500 m yüksəklikdə həyata keçirildiyi qeyd edilir.

Yaponiya Müdafiə Nazirliyi isə öz növbəsində Şimali Koreyanın Yapon dənizinə iki ballistik raket atdığını bildirib. Raketlər təxminən 350 km məsafə uçub, maksimal uçuş hündürlüyü 50 km olub.

Eyni zamanda Şimali Koreya ordusu nüvə silahı daşıya və “radioaktiv sunami” yarada bilən sualtı pilotsuz təyyarəni yenidən sınaqdan keçirib. Məlumata görə, 27-28 “strateji sualtı silah sistemi” sınaqdan keçirilib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]