Türkiyədə prezident olmaq üçün neçə namizəd mübarizə aparacaq? – Özəl

Türkiyədə prezidentliyə namizədlik üçün lazım olan 100 min imza kampaniyası başa çatıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Əhməd Yenər məlumat verib. Ə.Yenər seçkilərə 4 namizədlə gedəcəklərini rəsmən bəyan edib: “Bu prosesin Türkiyə dövləti və demokratiyası üçün xeyirli olmasını diləyirik. İmza prosesi bitdikdən sonra İdarə Heyətimizin keçirdiyi görüşlər nəticəsində namizədlər seçkilərdə əlifba sırası ilə göstəriləcək”.

Qeyd edək ki, Məmləkət Partiyasının sədri Muharrem İnce 114 min 657 və “Ata İttifaqı”nın namizədi Sinan Oğan 111 min 502 imza toplaya bilib. Ən az, 122 imza toplayan isə Batman şəhərindən inşaat mühəndisi Davut Turan olub. Bununla da, onlar prezidentliyə digər iki namizəd – “Cumhur İttifaqı”nın namizədi, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “altılı masa” kimi adlandırılan müxalif “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə yanaşı seçkilərdə ölkə başçısı vəzifəsi üçün mübarizə aparacaqlar.

Bundan əlavə, 31 marta qədər onların namizədliyi rədd edilə bilər. Eyni gündə isə yekun təsdiqlənmiş namizəd siyahısı açıqlanacaq. Aprelin birindən isə rəsmi olaraq seçki kampanyasına start veriləcək.

Xatırladaq ki, Türkiyədə prezident və millət vəkili seçkiləri 14 may 2023-cü ildə baş tutacaq.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]