“ABŞ bu qərarı verməsə Çin böyük qələbə qazanacaq” – Özəl

“Konqresin milli borc tavanını artırmaqdan imtina etməsi ilə nəticələnə bilən ABŞ-də defolt Çinə böyük qələbə gətirəcək”.

Aktualtv.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib. Onun sözlərinə görə, Konqres konstitusiyaya görə borc tavanı ilə bağlı qərar verməyə borcludur, əvvəlki administrasiyada üç dəfə heç bir şərt qoyulmadan qərar verib:

“Biznes liderləri və iqtisadçılar xəbərdarlıq ediblər ki, defolt təhlükəsi Amerikanın kiçik müəssisələrinin, təqaüdçülərin və işləyən ailələrin dolanışıq vasitələrini risk altına qoyur və nəticədə Çin böyük qələbə qazanacaq. Son hadisələr də borc tavanı ilə bağlı Konqresin erkən qərarının zəruriliyini göstərir”.

Sözçünün açıqlamalarına görə, Bayden ölkənin maliyyə gələcəyi ilə bağlı milli borc tavanından ayrı məsləhətləşmələri alqışlayır.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]