ABŞ-dən Bəşər Əsədin yaxınlarına QADAĞA – Özəl

ABŞ Maliyyə Nazirliyi Suriya Prezidenti Bəşər Əsədin yaxın qohumlarına qarşı sanskiyalar tətbiq edib.

Aktualtv.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib. Qeyd edilib ki, ABŞ təhlükəli amfetamin olan kaptaqonun istehsalında və ya ixracında iştirak etdiklərinə görə altı nəfərə qarşı yeni sanksiyalar tətbiq edib. Onların içində Suriya Prezidenti Bəşər Əsədin iki əmisi oğlu da var. Bəyanatda kaptaqon ticarətinin bir milyard dollar dəyərində qiymətləndirildiyi nəzərə çatdırılıb.

Sanksiyalar isə livanlı narkotik tacirlərinin rolunu və Əsəd ailəsinin Suriya hökumətini maliyyələşdirməyə kömək edən kaptaqon ticarətində üstünlüyünü vurğulayır. Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin direktoru Andrea Qaki bildirib ki, Suriya güclü asılılıq yaradan kaptaqon istehsalında dünya lideri olub, onun böyük hissəsi isə Livandan keçir.

“Biz müttəfiqlərimizlə birlikdə Bəşər Əsəd rejimini narkotik vasitələrdən və digər maliyyə resurslarından qeyri-qanuni gəlirlərlə dəstəkləyən hər kəsi məsuliyyətə cəlb edəcəyik. Bu vəsaitlər Suriya rejiminin xalqa qarşı repressiyalarını davam etdirməsinə imkan verir”, – deyə Qaki əlavə edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]