İranın Rusiya ilə hərbi əməkdaşlığı 3-cü ölkələrə qarşı yönəlməyib.
Aktualtv.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Moskvaya səfəri çərçivəsində yerli agentliyinə müsahibəsində deyib. Nazir rəsmi Tehranın Rusiyaya pilotsuz uçuş aparatları göndərilməsi barədə iddiaları rədd etməsini şərh edərək qeyd edib ki, müdafiə sahəsində ölkələrarası əməkdaşlıq ikitərəfli münasibətlərin gündəmindəki mövzulardan biridir, lakin o, heç bir halda hansısa 3-cü ölkəyə qarşı yönəlməyib.
Xatırladaq ki, ötən ilin noyabrında İran Xarici İşlər Nazirliyinin rəhbəri ölkəsinin Rusiyaya az miqdarda PUA tədarük etdiyini və bunun Ukraynada hərbi əməliyyatların başlamasına bir neçə ay qalmış baş verdiyini bildirmişdi.
Murad Həsənov / aktualtv.az










