Rusiya və İran XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş baş tutacaq.
Aktualtv.az “TASS”-a istinadən xəbər verir ki, nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər. Vurğulanıb ki, diplomatlar Ukrayna müharibəsini, Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin Dəməşq və Ankara arasında münasibətlərin nizamlanması üzrə görüşünün hazırlanması, “3 + 3” formatında ikinci görüşün təşkilini də diqqət mərkəzində saxlyacaqlar.
Səbinə Kərimova / aktualtv.az










