Rusiya ifadə azadlığına qarşı mövqe sərgiləyir.
Aktualtv.az CNN-ə istinadən xəbər verir ki, 12 yaşlı qızı məktəbdə müharibə əleyhinə şəkil çəkdiyinə görə rusiya vətəndaşı Aleksey Moskalyov həbs edilib. O, Ukraynaya müdaxiləni tənqid edən internet paylaşımlarına görə məhkəmə qərarı il 2 il həbs cəzasına məhkum olunub. Moskalyov “Rusiya hərbçilərini gözdən salmaqda” ittiham edilirdi və dəfələrlə müharibə əleyhinə yazılar dərc etməkdə günahlandırıldıqdan sonra Tula vilayətində ev dustaqlığında idi. Moskalyovun yazılarından birində “Rusiya ordusu. Ətrafımızdakı zalımlar” əks olunub.
Xatırladaq ki, Moskalyovun 12 yaşlı qızı Maşa ukraynalı ailəyə atılan rus raketlərinin şəklini çəkmiş və rəsm dərsi zamanı “Müharibəyə yox” və “Ukraynaya şöhrət” yazmışdı. Bundan sonra məktəb polisə müraciət edib. Dekabrın 30-da Moskalyovun evində onun sosial şəbəkədə yazdığı şərhlərə əsasən, Rusiya ordusunun dəfələrlə “diskreditasiyası” ilə bağlı axtarış aparılıb.
Büllur Məmmədova / aktualtv.az










