Rusiya və Suriya arasında əməkdaşlıq – Özəl

Suriya ilə Rusiya arasında mədəni, humanitar və sosial əməkdaşlıq üçün yaxşı perspektivlər var.

Aktualtv.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd deyib. Bildirilir ki, Əsma Əsəd bu barədə Rusiya Dövlət Dumasının sədr müavini və “Vahid Rusiya” Partiyasının Baş Şurasının katibinin müavini Anna Kuznetsovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. Əsma Əsəd Suriya və Rusiya ictimaiyyətinin Qərbin gənclərə təsir cəhdlərinə birgə müqavimət göstərməsinin vacibliyini də vurğulayıb.

Həmçinin, Rusiya nümayəndə heyəti Suriyanın hakim Ərəb Sosialist Bəəs Partiyasının baş katibinin müavini Hilal əl-Hilal ilə görüş keçirib. Partiyalararası dialoq və iki ölkənin qanunvericiləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi yolları müzakirə edilib. Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədin rəhbərlik etdiyi BƏƏS partiyası ilə “Vahid Rusiya” 2018-ci ildə Dəməşqdə əməkdaşlıq müqaviləsi imzalayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]