Türkiyədə zəlzələdən zərər çəkmiş 5 milyondan çox insana kömək etmək üçün təcili maliyyəyə ehtiyac var.
Aktualtv.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib. Bildirib ki, tələb olunan 1 milyard dollar vəsaitin sadəcə 23 faizi toplanılıb. Baş katibin sözçüsü zəlzələdən sonra Türkiyə və Suriyada görülmüş humanitar tədbirlər haqqında da məlumat verib.
“Su və kanalizasiya problemi prioritet məsələ olaraq qalmaqdadır. Bu vaxta qədər Türkiyəyə 900 min litrdən çox içməli, 1,7 milyon litrdən çox texniki su çatdırılıb. Həmçinin 300 mindən çox gigiyena dəsti təhvil verilib, minlərlə hamam otağı təmin olunub. Səhiyyə sisteminin sağlamlaşdırılması üçün də Türkiyəyə yardım edilib. 4 milyon dozadan çox peyvənd və 23 tondan artıq tibbi ləvazimat çatdırılıb” – deyə Dujarrik qeyd edib.
Büllur Məmmədova / aktualtv.az










